“AstraZeneca”, Çində diabet dərmanlarının istehsalına 26,7 milyon dollar sərmayə qoyacaq

15:55 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. “AstraZeneca”, 2022-ci ildə yerli bazarda satılması təsdiqlənmiş diabet dərmanı istehsal etmək üçün Çində yeni istehsal xəttinin inşasına 190 milyon yuan ($26,7 milyon dollar) investisiya qoymağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, “AstraZeneca” ilə Taizhou yüksək texnologiyalı Tibb zonası (Şərqi Jiangsu əyaləti) arasında razılaşma 13 yanvar tarixində imzalanmışdır. Söhbət Xigduo XR adlı dərmanın istehsalından gedir.