15:54 - 23.07.2018
23 iyul, Fineko/abc.az. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak etmək məqsədilə rusiyanin hərbi gəmiləri Bakıya gəlib.
Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.