Gələn il ölkədə iki seçki keçiriləcək

14:16 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.

ABC.AZ xəbər verir ki, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub.

Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb.

Həmin ilin dekabrında isə ölkədə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.

Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.