14:32 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Dünyadakı TOP-100 şirkətin silah satışından əldə etdiyi gəlirlər geosiyasi vəziyyətin pisləşməsi fonunda silaha tələbat kəskin artıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, buna baxmayaraq, 2022-ci ildə tələbat 3.5 faiz azalıb. Bu şirkətlərin ümumi gəliri bir il əvvəlki 618 milyard dollarla müqayisədə 597 milyard dollara çatıb.
SIPRI ekspertlərinin fikrincə, şirkətlər artan tələbatı tam ödəməyə imkan verməyən bir sıra problemlərlə üzləşiblər. Xüsusilə, Ukraynadakı münaqişə səbəbindən tədarük zəncirlərinin pozulması fonunda işçi qüvvəsi və xammal çatışmazlığı yaşayıblar.
Bundan başqa, silah sahəsində bir çox böyük müqavilələr yalnız 2022-ci ilin sonunda imzalanıb.