14:10 - 25.06.2023
25 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb
ABC.AZ xəbər verir ki, sərəncamda deyilir:
Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Elmir Zülfüqar oğlu İbrahimova
polkovnik Arif Həsən oğlu Həsənova
polkovnik İslam Şixzadə oğlu Əmirağayevə
polkovnik Bilal İsmayıl oğlu Çompuzova
polkovnik İlqar Saab oğlu Qafarova.