Ermənistan zərbə PUA-ları tətbiq edir - Nazirlik məlumat yaydı

14:05 - 12.05.2023


12 may, Fineko/abc.az. Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.