16:13 - 9.02.2023
9 fevral, Fineko/abc.az. Azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsinə razılıq bildirilməsilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 6668,26 hektar sahə ilə bağlı 19 müraciət daxil olub.
ABC.AZ xəbər verir ki, bunu 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə 1484,26 hektar torpaq sahəsi üzrə 13 müraciətə razılıq verilib, 251 hektar sahə ilə bağlı 4 müraciət üzrə imtina verilib. 5258 hektar torpaq sahəsi üzrə 4 müraciətə yerquruluşu işlərinin nəticəsinə uyğun münasibət bildiriləcək.
9 İyul 2026
9 İyul 2026