Türkiyə şirkəti Azərbaycan üçün gəmi tikə bilər

17:07 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. Türkiyənin “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” (STM) şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün hərbi gəmi istehsalını planlaşdırır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, şirkət STM-MPAC multifunksional hərbi gəmisinin layihəsini hazırlayıb.

Layihə artıq Azərbaycan Hərbi Dəniz Qüvvələrinə təklif edilib. Təklif qəbul edilərsə, 3 il ərzində gəmi istehsal edilib Azərbaycana təhvil verə bilər.

STM-MPAC-in ortalama qiyməti 100 milyon dollardır.

Üzərinə əlavə edilən hərbi avadanlıqlar və təchizatdan asılı olaraq gəminin qiyməti dəyişir.