11:38 - 6.09.2022
6 sentyabr, Fineko/abc.az. Qarabağ müharibəsindən sonra dünyanın Azərbaycanın hərbi texnikalarına marağı dəfələrlə artıb.
ABC.AZ-ın məlumatına görə, bunu Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Nazir bildirib ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur.
M. Quliyev nazirliyin bunu nəzərə aldığını vurğulayıb: "Məhz ona görədir ki, ADEX sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir. Bəzi silahlar isə sərgiyə çıxarılmayıb".
Nazir həmçinin, müdafiə sənayesi sahəsində yeni müəssiələr yaradıldığını bildirib.