14:18 - 30.08.2022
30 avqust, Fineko/abc.az. Sentyabrın 6-dan 8-dək Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, ADEX müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutacaq.
Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək. Sərgidə Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdiriləcək.