12:23 - 21.05.2018
21 may, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərracın keçirilməsi üzrə prosedurların təkmilləşdirilməsini davam etdirir.
Komitə məlumat verib ki, iyunun 20-də keçiriləcək növbəti hərracda 114 obyekt çıxarılacaq.
Məlumatda deyilir ki, bundan sonra elektron qeydiyyatdan əlavə, iştirakçı statusu əldə etmək üçün online xidmətlər və prosesin onlayn monitorinqi mümkün olacaq. Beləliklə, bütün özəlləşdirmə prosesi tam avtomatlaşdırılmışdır.
13 İyul 2026
11 İyul 2026