15:47 - 17.10.2017
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərracları davam edir.
Komitənin məlumatında deyildiyi kimi, bugünkü hərracda 19 obyekt özəlləşdirilmişdir.
“O cümlədən 6 kiçik dövlət müəssisəsi, 7 qeyri-yaşayış sahə, 3 tamamlanmamış tikili və 3 ədəd nəqliyyat vasitəsi özəlləşdirilmişdir”, - xəbərdə belə deyilib.