12:11 - 7.06.2021
7 iyun, Fineko/abc.az. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, E.Hüseynov Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırldığını bildirib: “Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026