11:19 - 19.05.2021
19 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün təşkil etdiyi növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib.
ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, bunlardan 3-ü səhmdar cəmiyyəti, 1-i kiçik dövlət müəssisəsi, 46-sı isə nəqliyyat vasitəsidir.
Bugünkü hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və əksər nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib.
Məlumat üçün bildirək ki, özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 24-ü elektron formada olmaqla ümumilikdə 229 sifariş verilib.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026