11:31 - 15.02.2018
15 fevral, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanda əhalinin sayı 88 104 nəfər artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycanın əhalisi 9,898,085 nəfərə çatıb.
Şəhər əhalisi 52,9%, kənd yerlərində 47,1%, kişilər 49,9%, qadınlar – 50,1% təşkil edir.
Bakıda ölkə əhalisinin 22,8% -i, Naxçıvan Muxtar Respublikasında 4,6%, Aran iqtisadi rayonunda 20,3%, Gəncə-Qazax bölgəsində 12,9%, Lənkəranda 9,4%, digər bölgələrdə isə - 30%-i yaşayır.