12:24 - 14.02.2018
14 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün sərəncam verib.
Sərəncama əsasən, bir sıra sosial təyinatlı obyektlərdə (http://www.president.az/articles/27040 - layihələrin siyahısı) tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə, 2018-ci il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 15 297 900 manat ayrılacaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.
9 İyul 2026