11:55 - 29.01.2018
29 yanvar, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci il üzrə fəaliyyətinin yekunlarını açıqladı.
Komitənin məlumatında deyildiyi kimi, keçən il ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
“Bundan başqa 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir”, - məlumatda belə deyilir.