11:43 - 29.01.2018
29 yanvar, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə hərraclar keçirməkdə davam edir.
Komitənin məlumatında deyildiyi kimi, 2017-ci ildə Bakıda və ölkənin regionlarında 197 hərrac keçirilmiş və 877 dövlət əmlakı, o cümlədən, torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir.
“Keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılmış, 132 yeni iş yeri yaradılmışdır”, - məlumatda belə deyilir.