12:07 - 22.01.2018
22 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitənin məlumatında deyilir ki, hərrac, fevralın 20-də keçiriləcək.
“Hərraca cəmi 148 obyekt, o cümlədən, 25 səhmdar cəmiyyəti, 71 kiçik dövlət müəssisəsi və obyekti, 52 istifadəsiz qeyri-yaşayış sahələri çıxarılacaq”, - məlumatda belə deyilir.
Obyektlərlə aşağıdakı linkə keçməklə tanış olmaq olar:
https://e-emdk.gov.az/eHerrac/Home/Presentation