12:41 - 15.01.2018
15 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 13-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçirəcək.
Komitənin məlumatında deyildiyi kimi, cəmi hərraca 246 obyekt çıxarılacaq.
“Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir”, - məlumatda belə deyilir.
Obyektlərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3325