11:47 - 17.02.2020
17 fevral, Fineko/abc.az. 17-21 fevral tarixlərində Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında çoxmərtəbəli binalardakı mənzillər dövlət reyestrində qeydiyyata alınacaq.
ABC.AZ xəbər verir ki, qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət 17 fevralda Xətai rayonu, M. Hadi küçəsi, 106, 18 fevralda Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya 19 fevralda F. İbrahimov küçəsi, 5, 20 fevralda Yeni Yasamal yaşayış massivi, D. Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.
Qeyd edək ki, mənzilini dövlət qeydiyyatına almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilər.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026