14:07 - 25.12.2017
25 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sabah, dekabrın 26-da gözləniləcək hava haqqında məlumatı bildirib.
Bakıda və Abşeronda dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi xəbər verilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda isə gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı deyilir.
Atmosfer təzyiqi normadan yüksək, yəni 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrinə gəlincə isə, dekabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Bölgələrdə gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı ehtimal olunur.
10 İyul 2026
10 İyul 2026