14:50 - 20.12.2017
20 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda dekabrın 21-də, cümə axşamı günü gözlənilən hava haqqında məlumatı təqdim edib.
Bakıda və Abşeron yarımadasında dekabrın 21-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Yarımadada gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı bildirilir.
Atmosfer təzyiqi normadan yüksək, yəni 771 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın bölgələrində dekabrın 21-də yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Temperatur gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
10 İyul 2026
10 İyul 2026