16:36 - 8.10.2019
8 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Əli Əsədovun ölkənin Baş Naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Daha öncə Azərbaycan Parlamenti Əli Əsədovun bu vəzifəyə namizədliyini dəstəkləyib.
Əli Əsədov 2017-ci ildən Azərbaycan Prezidentinin iqtisadiyyat məsələləri üzrə köməkçisi vəzifəsində çalışmışdır.
İlham əliyev, həmçinin Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsindən istefa verməsi haqqında sərəncam imzalayıb.
Novruz Məmmədov 2018-ci ilin aprelində Baş Nazir vəzifəsinə təyin edilib.