15:48 - 13.02.2019
13 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyevin Beyləqan rayonuna səfəri davam edir.
Dövlət başçısı Beyləqan rayonuna səfər çərçivəsində Mingəçevir-Mingəçevir stansiyası-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak etdi.
Dövlət başçısı həmçinin Beyləqan rayonunda yerləşən Olimpiya İdman Kompleksinin açılışında, Tarix və Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında və 110/35/10 kV-lik Beyləqan-1 yarımstansiyasının bərpadan sonra açılışında iştirak etdi.
Prezident İlham Əliyev həmçinin yeni hərbi hissədə yaradılan şəraitlə tanış oldu və şəxsi heyətlə birgə nahar etdi.