12:17 - 20.11.2017
20 noyabr, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracın keçirilməsini elan edib.
Dövlət Komitəsindən verilən məlumata görə, hərrac 19 dekabr tarixində keçiriləcək.
“Hərraca 68 obyekt, o cümlədən, 24 kiçik dövlət müəssisəsi və obyekti, 8 istifadəsiz qeyri-yaşayış sahə, 25 səhmdar cəmiyyəti, 11 nəqliyyat vasitəsi təqdim ediləcək”, - məlumatda belə deyilmişdir.
Hərracların gedişatı ilə, https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə tanış olmaq olar.