13:14 - 2.10.2017
Bu gün Bakıda Azərbaycan Parlamentinin növbəri payız sessiyası öz işinə başlayıb.
İclas zamanı deputat, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun bildirdiyi kimi, parlamentə tələbələrin valideynlərindən uşaqlarının təhsil haqqının ödənilməsi problemləri barədə tez-tez şikayətlər daxil olur.
“İnsanlar təhsillərini davam etdirə bilmirlər, ələlxüsus da, son vaxtlar təhsil haqqı artırılmışdır. “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbul edilməsində böyük zərurət yaranmışdır. Bu məsələni biz bir neçə dəfə qaldırmışdıq, lakin məsələ, parlamentin payız sessiyasının iş planına daxil edilməyib”, - deputat deyərək bildirib.