14:45 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 38 milyon manat məbləğində avtomobil yanacağı alıblar.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artım deməkdir.
Hesabat dövründə ölkədə pərakəndə ticarət şəbəkələrində istehlakçıların xərclədiyi ümumi vəsaitin (pərakəndə ticarət dövriyyəsinin) 6,3 faizini məhz avtomobil yanacağı satışından əldə edilən gəlirlər təşkil edib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026