16:59 - 16.07.2026
16 iyul, Fineko/abc.az. "Unibank" ASC-nin 2026-cı ilin II rübünə dair açıqladığı maliyyə hesabatının təhlili bankın aktivliyinin artması fonunda daxili risklərin və borc yükünün kəskin yüksəldiyini üzə çıxarıb.
Belə ki, bankın rüblük əməliyyat mənfəəti 28,6 milyon manatdan çox olsa da, xalis mənfəət cəmi 17,2 milyon manat təşkil edib ki, bu da əməliyyat qazancının təxminən 40%-nin (11,4 milyon manatdan çoxunun) daxili xərclərə və ehtiyatlara gedərək "əriməsi" deməkdir.
Bununla yanaşı, bankın kredit portfelinin (1,5 milyard manat) depozit portfelini (1,4 milyard manat) üstələməsi nəticəsində yaranan likvidlik gərginliyini kompensasiya etmək üçün xarici bazarlardan 177,5 milyon manata yaxın borc vəsaitinin cəlb edilməsi qurumun qlobal dalğalanmalara qarşı həssaslığını artırıb.
Digər tərəfdən, iqtisadiyyatın ən həssas seqmenti sayılan mikro kreditlərin portfeldəki payının birdən-birə 53% kəskin artması daxili kredit risklərini gücləndirərək gələcəkdə problemli kreditlərin (NPL) kəskin çoxalmasına zəmin yaradır.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026