15:37 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb və bu marşrut üzrə ilk reys bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.
Hava limanından verilən məlumata görə, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə — çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Yeni birbaşa marşrut iki ölkə arasında birbaşa hava əlaqələrini və mobilliyi genişləndirməklə yanaşı, paytaxt Bakının beynəlxalq marşrut şəbəkəsinin inkişafına töhfə verəcək.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026