Neft ucuzlaşır: Brent $84,46/ barel təşkil edir

09:50 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarətdə etalon neft markalarının qiymətləri azalır.

Saat 09:45-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin qiyməti 0,49 dollar (0,58%) azalaraq bir barel üçün 84,46 dollar təşkil edib. İyulun 15-də keçirilən ticarətin yekununda "Brent" markalı neftin sentyabr fyuçersinin qiyməti 0,22 dollar (0,26%) artaraq 84,95 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin avqust fyuçersinin qiyməti saat 09:45-ə olan göstəricilərə görə 0,32 dollar (0,40%) düşərək 79,28 dollar təşkil edib. İyulun 15-də keçirilən ticarətin yekununda "WTI" markalı neftin avqust fyuçersinin qiyməti 0,26 dollar (0,33%) artaraq 79,60 dollara çatıb.

Azərbaycanın "Azeri Light" markalı neftinin dünya bazarında qiyməti isə 0,32 dollar (0,37%) artaraq 86,83 dollar olub.