12:20 - 15.07.2026
15 iyul, Fineko/abc.az. İran ABŞ ilə imzalanmış və "İslamabad Memorandumu" adlandırılan qarşılıqlı anlaşma memorandumunun artıq qüvvədə olmadığını bəyan edib.
Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi açıqlayıb.
Onun sözlərinə görə, İran və ABŞ arasında imzalanmış memorandum artıq mövcud deyil.
Qeyd edək ki, memorandum cəmi bir ay əvvəl – iyunun 18-də imzalanmışdı. Sənəd bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırılmasını, həmçinin Hörmüz boğazının yenidən gəmiçilik üçün açılmasını nəzərdə tuturdu.
İran rəsmisinin bəyanatı memorandumun ləğv edildiyini və tərəflər arasında əldə olunmuş razılaşmanın artıq qüvvəsini itirdiyini göstərir.
15 İyul 2026
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026