PayPal səhmləri mümkün satınalma xəbərləri fonunda 12% bahalaşıb

14:50 - 15.07.2026


15 iyul, Fineko/abc.az. PayPal Holdings Inc. səhmləri Stripe və Advent International tərəfindən mümkün satınalma xəbərlərindən sonra premarket ticarətində demək olar ki, 12% artıb. Səhmlərin qiyməti əvvəlki bağlanışdakı 47,37 dollardan 53,02 dollara yüksəlib.

Reuters-in məlumatına görə, mümkün razılaşmanın qiyməti hər səhm üçün 60,5 dollar təşkil edir ki, bu da şirkəti 53 milyard dollardan çox dəyərləndirir və təxminən 28% premium nəzərdə tutur.

Alıcılar şirkətdə payları bərabər bölməyi planlaşdırırlar, lakin PayPal hələlik bu təklifə rəsmi cavab verməyib.