"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC istiqrazlara yönəldilmiş investisiyaları dayandırıb

11:09 - 13.07.2026


13 iyul, Fineko/abc.az. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) cari ilin yanvarın 1-nə olan tarixə istiqrazlara yönəldilmiş investisiyalarını tamamilə sıfıra endırib.

Bu barədə "Deloitte & Touche" MMC tərəfindən audit yoxlamasından keçmiş maliyyə hesabatında qeyd edilib.

Hesabata əsasən, ASCO-nun 2025-ci ilin sonuna qədər həm uzunmüddətli, həm də qısamüddətli istiqrazlara yatırımları sıfır səviyyəsinə çatıb.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-nə ASCO-nun uzunmüddətli istiqrazlara investisiyaları 37,531 milyon manat, qısamüddətli istiqrazlara isə 9,168 milyon manat təşkil etmişdi.