Ən aktiv investor qrupu məhz 35-40 yaş aralığında formalaşıb - ABB İnvest-in icraçı direktoru

16:04 - 14.05.2026


14 may, Fineko/abc.az. IPO dövründə səhm sifarişi verən investorların 60%-dən çoxunu 35-40 yaşadək şəxslər təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu ABB İnvest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında şirkətin icraçı direktoru Nadir Babazadə deyib.

Onun sözlərinə görə, ən aktiv investor qrupu məhz 35-40 yaş aralığında formalaşıb. “IPO dövründə yaş qrupları üzrə analiz aparmışdıq və sifariş verənlərin 60%-dən çoxu 35-40 yaşa qədər olan əhali idi,” şirkət nümayəndəsi deyib.

ABB Invest-in icraçı direktoru qeyd edib ki, təkrar bazar üzrə yaş statistikası hələ tam təhlil edilməyib, lakin daha gənc istifadəçilərin investisiya bölməsinə marağının yüksək olduğu müşahidə olunur.

Müəllif: Elmir Muradov