Ötən il Baku Stock Exchange üzərindən əməliyyatların ümumi dövriyyəsi 39 milyard manata yaxınlaşıb

15:37 - 14.05.2026


14 may, Fineko/abc.az. 2025-ci ildə Baku Stock Exchange üzərindən əməliyyatların ümumi dövriyyəsi 39 milyard manata yaxınlaşıb, repo əməliyyatlarında isə ciddi artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, bunu ABB İnvest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında şirkətin icraçı direktoru Nadir Babazadə deyib.

Şirkət rəhbəri əlavə edib ki, 2026-cı il üçün əsas hədəflərdən biri istiqrazların mobil tətbiqlər vasitəsilə təkrar bazarda ticarətinin təmin edilməsidir.

Babazadənin sözlərinə görə, şirkət yerli kapital bazarında ticarət olunan alətlərin və səhmlərin sayının artırılmasını da prioritet istiqamətlərdən biri hesab edir.

Müəllif: Elmir Muradov