15:35 - 14.05.2026
14 may, Fineko/abc.az. ABB İnvest şirkəti 2025-ci ilin ilk yarısını stabil maliyyə nəticələri ilə başa vurub.
ABC.AZ xəbər verir ki, bunu ABB İnvest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında şirkətin icraçı direktoru Nadir Babazadə deyib.
O qeyd edib ki, şirkətin gəlirləri ötən illə müqayisədə 5% artıb. Sözügüdən dövrdə faiz gəlirlərinin 16% artdığını deyən N.Babazadə bildirib ki, şirkətin qeyri-faiz gəlirləri isə 8% yüksəlib.
"Xalis mənfəət isə 2,2 milyon manatdan çox olub. ABB səhmlərinin IPO-sundan sonra təkrar bazarda təxminən 22 milyon manatlıq əməliyyat həyata keçirilib, 127 mindən çox əqd bağlanıb və təxminən 80 milyon səhm dövriyyədə olub" - deyə şirkətin icraçı direktoru deyib.
Müəllif: Elmir Muradov