Dörd ayda Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat investisiya yönəldilib

15:49 - 13.05.2026


13 may, Fineko/abc.az. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 mlrd. 275 mln. manat investisiya yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artıb.

Hesabat dövründə qeyri-neft-qaz sektoruna 3 mlrd. 211,9 mln. manat investisiya yönəldilib.