17:06 - 5.05.2026
5 may, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2026-cı ilin aprel ayı üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb. Hesabata əsasən, investisiya şirkətləri arasında əməliyyatların həcminə görə "ABB İnvest İnvestisiya Şirkəti" QSC birinciliyini qoruyub saxlayır.
ABC.AZ birjanın hesabatına istinadən xəbər verir ki, aprel ayında birja üzvlərinin ümumi dövriyyəsində ilk üçlük aşağıdakı kimidir:
• "ABB İnvest İnvestisiya Şirkəti" QSC: 14,047 mlrd manat (6 183 əməliyyat);
• "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC: 4,763 mlrd manat (1 801 əməliyyat);
• "CPM-İnvest İnvestisiya Şirkəti" QSC: 3,432 mlrd manat (1 239 əməliyyat).
Əsas bazarlar üzrə göstəricilər:
Aprel ayı ərzində Repo əməliyyatları üzrə ən yüksək göstərici 13,331 mlrd manatla "ABB İnvest"ə məxsus olub. Dövlət istiqrazları bazarında "ABB İnvest" (413 mln manat) və "PAŞA Kapital" (412 mln manat) liderlik edirlər.
Korporativ istiqrazlar bazarında isə "ABB İnvest" (244,9 mln manat), "İnvest-Az" (154 mln manat) və "PAŞA Kapital" (142,8 mln manat) ən böyük dövriyyəyə malik şirkətlər olublar.
Səhm bazarında 4,1 mln manatlıq dövriyyə ilə "ABB İnvest" digər üzvləri qabaqlayıb. ARMB-nin qiymətli kağızları üzrə isə "Assist Finance" 109,6 mln manatlıq göstərici ilə ən yüksək nəticəni nümayiş etdirib.
Digər investisiya şirkətlərinin aprel ayı üzrə ümumi əməliyyat həcmləri:
• "Unicapital İ.Ş." ASC: 2,801 mlrd manat;
• "İnvest-Az İ.Ş." QSC: 1,960 mlrd manat;
• "Assist Finance İ.Ş." ASC: 1,333 mlrd manat;
• "İnno Kapital İ.Ş." ASC: 334,4 mln manat;
• "Capital Partners İ.Ş." QSC: 182,1 mln manat;
• "Troni İ.Ş." QSC: 137,1 mln manat;
• "Xalq Kapital İ.Ş." QSC: 99,6 mln manat.