Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

16:44 - 5.05.2026


5 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 423,782 milyon manat təşkil edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 43,1 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 16,6 % azalaraq 8 082 olub.

BFB-nin dövriyyəsinin 90,7 %-i və yaxud 13 milyard 986,399 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 38,5 % azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 3,4 dəfə azalaraq 960,973 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 2,4 dəfə azalaraq 476,411 milyon manat olub.