14:57 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 773,6 milyon manatlıq hissəsi və yaxud 6 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 467,8 milyon manatlıq hissəsi və yaxud 11,3 %-i korporativ qiymətli kağızların, 10 milyard 752,6 milyon manatlıq hissəsi və yaxud 82,8 %-i isə repo əməliyyatlarının payına düşüb.
ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 3,4 dəfə çox, 53,3 % çox və 35,7 % azdır.
3 ayda bu bazarda bağlanmış əqdlərin isə 160-ı və yaxud 2,6 %-i dövlət qiymətli kağızlarının, 4 747-si və yaxud 75,8 %-i korporativ qiymətli kağızların, 1 355-i və yaxud 21,6 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 40,5 % az, 18,9 % az və 14,5 % azdır. ©Report