11:46 - 17.04.2026
17 aprel, Fineko/abc.az. Təxminən 4 milyon fransız bəzən əsas gigiyena vasitələrini almağa imkan tapmır və məhdud büdcəni ərzağa yönəltməyə üstünlük verir.
ABC.AZ xəbər verir ki, bu barədə Figaro qəzeti Fransa İctimai Rəy İnstitutunun araşdırmasına istinadla məlumat yayıb.
Məlumata görə, ölkə əhalisinin 50%-i xərcləri ilə bağlı narahatlıq keçirir, 42% respondent isə artıq qida və gigiyena məhsulları arasında seçim etməli olub. Sorğuda iştirak edənlərin 43%-i maddi səbəblərlə gigiyena xərclərini azaldıb, natamam ailələrdə isə bu göstərici 60%-ə çatır.