12:16 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.
Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 mln. manat çoxdur.