14:49 - 13.04.2026
13 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 49,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox investisiya yönəldilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiyalar 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb.
Beləliklə, rüblük investisiya qoyuluşunda sektorun payı 62,3 % təşkil edib.