Microsoft Yaponiyada AI və bulud texnologiyalarına 10 milyard dollara qədər investisiya yatırır

14:12 - 3.04.2026


3 aprel, Fineko/abc.az. ABŞ-ın Microsoft korporasiyası Yaponiyada süni intellekt və bulud hesablama texnologiyalarının inkişafına 10 milyard dollara qədər investisiya yatırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, investisiyalar 2029-cu ilə qədər hesablanıb. Bunlara növbəti onilliyin əvvəlinə qədər 1 milyon mühəndis və tərtibatçıların təhsili daxildir. Bu təşəbbüs çərçivəsində Microsoft SoftBank Group və Sakura İnternet ilə birgə fəaliyyət göstərəcək.

Bu sərmayənin Microsoft-a yalnız Yaponiya bazarındakı mövqeyini möhkəmləndirməyə deyil, həm də Azure bulud xidmətlərini genişləndirmək üçün lazımi şərait yaratmasına imkan verəcəyi gözlənilir.

Yaponiya hökumətinin hesablamalarına görə, 2040-cı ilə qədər ölkə süni intellekt və robototexnika sahəsində 3 milyondan çox mütəxəssisin çatışmazlığı ilə üzləşəcək.