ABŞ və İran arasında mümkün razılaşma xəbərləri fonunda Nikkei 5%-dən çox artıb

10:27 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Yaponiyanın əsas fond indeksi Nikkei 225 aprelin 1-də 5,24% (+2 675,96 bənd) artaraq 53 739,68 səviyyəsinə yüksəlib və ABŞ ilə İran arasında mümkün razılaşma xəbərləri fonunda əvvəlki dörd sessiyanın enişini tam kompensasiya edib. Topix indeksi isə 4%-dən çox artaraq 3 666,71 bəndə çatıb.

Artım liderləri sırasında Furukawa Electric (+12,87%), Archion (+11,37%) və Advantest Corp (+10,67%) yer alıb. Eyni zamanda, ən çox dəyər itirənlər Nexon (-4,76%), KDDI (-3,32%) və NTT (-0,83%) olub.

Ticarət həcminə görə lider NTT olub, onu SoftBank Corp və Tokyo Electric Power (TEPCO) izləyib. Ən iri şirkətlərin səhmləri üzrə ümumi ticarət həcmi üçüncü gün ardıcıl azalaraq 489,48 milyon təşkil edib, lakin mart ayının orta göstəricilərindən yüksək qalıb.