Bundan sonra məktəblərdə yeni fənn tədris ediləcək

09:58 - 15.01.2026


15 yanvar, Fineko/abc.az. Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əks olunub.

Belə ki, 2026–2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməlidir.

İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.