Çin yüksək texnologiyalı startapları dəstəkləmək üçün 1 trilyon yuanlıq fond yaradıb

16:41 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Çin hakimiyyəti qabaqcıl texnologiyalara investisiya yönəltmək üçün 1 trilyon yuanlıq ($142 mlrd) dövlət vençur fondu yaradıb.

ABC.AZ xəbər verir ki, fondun nizamnamə kapitalı 100 mlrd yuan ($14,2 mlrd) təşkil edir. Fond yerli hakimiyyət orqanlarının, müəssisələrin, maliyyə qurumlarının və özəl kapitalın iştirakını stimullaşdırır, startapları dəstəkləyir, real sektorda yeniliklər edir və texnoloji sənayedə risklərin şaxələndirilməsinə kömək edir.