2025-ci ildə Azərbaycanda 9 jurnalist vəfat edib - Özəl xəbər

17:09 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. -(özəı xəbər)-   2025-ci ildə Azərbaycanda 9 jurnalist vəfat edib. ABC.AZ bu il dünyadan köçmüş qələm adamlarının adlarını və siyahısını hazırlayıb.  2025-ci ildə vəfat etmiş Azərbaycan jurnalistləri:

1. Valeh Məhərrəmli

1952–2025

“Səs” qəzetində məsul vəzifələrdə çalışmış, jurnalist və redaktor kimi fəaliyyət göstərib. 2025-ci il aprelin 25-də vəfat edib.

2. Emil Nəcəfov

1994–2025

“Technote.az” saytının baş redaktoru olub, 31 yaşında vəfat edib. Məlumata görə, mərhum dişində yaranmış nasazlıq komplikasiyaya səbəb olub və həmkarımız dünyasını dəyişib.

3. Rüstəm Qaraxanlı

1978–2025

Oxu.Az portalında redaktor kimi fəaliyyət göstərib, 27 avqust 2025-də 47 yaşında vəfat edib.

4. Rasim Ağayev

1940–2025

Veteran jurnalist və mətbuat katibi kimi fəaliyyət göstərmiş media xadimi 14 mart 2025-də 85 yaşında vəfat edib.

5. Şəmistan Nəzirli

1942–2025

Hərbi publisistika sahəsində tanınmış jurnalist və araşdırmaçı idi, 20 sentyabr 2025-də 83 yaşında bu dünyadan köçüb.    6. Nizami Rəhmanlı

1951–2025

Yazıçı-jurnalist, müxtəlif qəzet və jurnallarda çalışmış mərhum 12 oktyabr 2025-ci il, 73 yaşında vəfat edib.

7. Şahin Babayev

1964–2025

Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini, tanınmış jurnalist olan Ş.Babayev 11 noyabr 2025-ci il, 61 yaşında ürək tutmasından vəfat edib.

8. Emin İbrahimov

1981–2025

Azərbaycanda və beynəlxalq mediada fəaliyyət göstərmiş jurnalist, həm də "Euronews"da müxbiri kimi də çalışıb.

Mərhum 2025-ci ilin noyabrında Türkiyədə avtomobil qəzasında həlak olub.

9. Məhəmməd Şabanoğlu

—2025

Tarixçi-fəlsəfə doktoru, yerli mətbuatda jurnalist kimi fəaliyyət göstərmiş M.Şabanoğlu 2025-ci ilin noyabr ayında vəfat edib.

Allah bütün həmkarlarımıza rəhmət eləsin.

Müəllif: Elmir Muradov