"KƏPƏZ BOKT" MMC-nin istiqrazlarına 55 investor maraq göstərib

16:01 - 22.12.2025


22 dekabr, Fineko/abc.az.  Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. AZ2012020809 İSİN kodlu istiqrazların yerləşdirilməsi 22 dekabr 2025-ci il tarixində həyata keçirilib.

Bu barədə ABC.AZ BFB-nin məlumatına istinadla xəbər verir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı: "KƏPƏZ BOKT" MMC

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:10,000 ədəd

İlkin ticarət qiyməti:100 manat

İstiqrazların buraxılış həcmi:1,000,000 manat

İllik gəlirlilik faizi:15%

Ödəmə Periodu:İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti:24 ay

Minimal qiymət və Maksimal qiymət: 100 (15.0000%) manat

Reallaşdırılmış həcm:1,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):1,000,000 manat

İnvestor sayı: 55

Sifariş sayı:55

Anderrayter:  “Troni İnvestisiya Şirkəti” QSC